Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 49 050-dən çox hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Rusiyanın digər döyüş itkiləri 2 034 tank, 4 403 zirehli döyüş maşını, 1134 artilleriya sistemi, 293 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 235 təyyarə, 205 helikopter, 864 PUA, 203 qanadlı raket, 15 gəmi, 3 268 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.