Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.

Nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.

“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.

Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:

“Sənəddə sülh sazişi ilə bağlı açıq məqamlar, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlər yer almamalıdır” (Report).


Baxış sayı: 3086 | Tarix: 14.05.2024
Bizi Telegramda izləyin: @repostaz