CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 16,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,35 dollar/barel azdır.
 
RePost.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 15,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 13,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,39 dollar/barel azdır.

Baxış sayı: 4625 | Tarix: 28.04.2020
Bizi Telegramda izləyin: @repostaz