Türkiyədə evlilik verilişinə qatılan və cinsiyyətini dəyişdirdiyi deyilən Esmira bu ölkəni tərk edərək Bakıya gəlib. 
 
RePost.Az xəbər verir ki, bu barədə Esmira özü rəsmi İnstagram hesabında bildirib. O, Azərbaycana qayıtmağın ona yaxşı təsir edəcəyini düşünərək bu addımı atdığını yazıb. 
 
Qeyd edək ki, model olduğunu söyləyən azərbaycanlı gəlin namizəd Star TV-də yayımlanan evlilik verilişində iştirak edib. Bir müddət sonra isə ekranlarda görünməməsi onun transseksual olduğu üçün kanaldan qovulması şayiələrinin yayılmasına səbəb olub. Lakin Esmira kanaldan öz razılığı ilə uzaqlaşdığını bildirib.
 
Verilişdə həddindən artıq bəy namizədin ona elçi düşdüyünü söyləyən Esmira kanalın onu lojada saxlamaq üçün bəylərlə görüşdürmədiyini də əlavə edib.
 
RePost.Az 

Baxış sayı: 2611 | Tarix: 25.01.2017
Bizi Telegramda izləyin: @repostaz