Səbail rayon Məhkəməsində İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
 
RePost.Az-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.  Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunan Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.
 
Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Baxış sayı: 2630 | Tarix: 06.05.2020
Bizi Telegramda izləyin: @repostaz