Sumqayıtda iki marşrut avtobusu toqquşub. 
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  14 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 
 
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan 12 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, iki nəfərin müalicəsi davam edir.
 
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3808 | Tarix: 08.05.2020
Bizi Telegramda izləyin: @repostaz