Dünyanı aciz duruma salan COVİD-19 infeksiyasına qarşı Azərbaycanda da dövlət səviyyəsində müxtəlif tədbirlər görülməsinə baxmayaraq rəqəmlər göstərir ki, virusa yoluxanların sayı durmadan artır. Virusun varlığına inanmayanların hələ də olması bir dərd, bu virusdan dünyasını dəyişənlərin sayının artması da başqa bir dərddir.

Özündə COVİD-19 virusunun əlamətlərini hiss edən şəxs ev şəratində nə etməlidir?

Bu suala cavab tapmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovla əlaqə saxladıq.

RePost.Az milli.az-a istinadən xəbər verir ki, şöbə müdiri koronavirusun simptomlarını özündə hiss edən şəxslərin ev şəraitində mülicə üsulu və istifadə edilən dərmanlarla bağlı danışıb:

"COVİD-19 deyəndə insanlarımız çox spesifikləşir. Yuxarı tənəffüs və ya aşağı tənəffüs yolları infeksiyalarına xas olan əlamətlər, yəni burunaxma, yüksək hərarət, təngnəfəslik, quru və bəlğəmli öskürək, başağrısı (Adamda tez-tez başağrısı olursa o mütləq deyil ki, infeksiya əlaməti olsun - red), əzələ ağrıları, dad bilmə, qoxu bilmənin itməsi. Bu cür əlamətlər olarsa, insan özündən şübhələnərsə mütləq şəkildə həmin an özünü başqa bir otaqda təcrid etməlidir, maska taxmalıdır, hamıya xəbər etməlidir ki, məndə ola bilsin ki, koronavirus əlaməti var. Dərhal 103 və ya 1542 nömrəsinə zəng etməlidir. Test etdirməli, cavabı çıxana qədər həkimlə məsləhətləşməlidir. Əgər müayinəsində tibbi briqadanı narahat edən məqamlar olarsa, xəstə yüksək risk qrupuna aid olarsa, yəni yaşı 65-dən yuxarı, yanaşı böyrək, ürək və digər xəstəlikləri varsa, tənəffüsündə darlıq daha çoxdursa, hərarəti neçə gündür davam edirsə, hərarət onu tam üzübdürsə və digər belə narahatedici simptomlar varsa onu dərhal xəstəxanaya aparacaqlar. Onun evdə qalmağı düzgün deyil.
Amma simptomlardan sadəcə temperaturu varsa, temperaturu 37,8, 38, 38-dən yuxarıdırsa, həb qəbul edib temperaturu ona qədər düşübsə, başqa heç bir simptomları yoxdursa və yaxud yüngül baş ağrısı, yüngül dərəcəli ümumi bədən əzələ ağrıları varsa, tənəffüsündə darlıq yoxdursa mütləq şəkildə test nəticələri çıxana qədər maskada oturmalıdır, evdə özünü təcrid etməlidir. Evdə olan bütün hər kəs ondan aralı gəzməlidir, başqa otaqda olmalıdırlar. Onun otağına girib-çıxanda maska taxmalı, əllərin gigiyenasına riayət etməlidirlər. Və paralel olaraq həmin adam simptomların idarə olunması üçün dərmanlardan istifadə edə bilər. Temperatur yüksəkdirə temperaturu aşağı salan dərmanlardan istifadə oluna bilər. Əgər başağrıları varsa, əvvəllər başağrılarına hansı dərman kömək edirdisə o dərmandan istifadə edə bilər. Nəfəsində yüngül çətinlik varsa, otağının havasını tez-tez dəyişdirməlidir. Həkim məsləhət bilərsə "inqalyator" verə bilər ki, evdə "inqalyator"dan istifadə etsin.

Heç bir tədqiqatlarda koronavirus xəstələrində, yuxarı tənəffüs yollarının viruslu infeksiyalarında hər hansı əlavə dərman preparatlarının faydası 100% sübuta yetirilməyib. Amma ümumi müşahidələr, elmi məlumatlara əsaslanaraq tibb işçilərimiz, həkimlərimiz pasiyentlərə əgər əks göstəriş yoxdursa vitamin "C"-ni çox aşağı dozalarda qəbul etməsini tövsiyə edə bilərlər və edirlər. Əks göstəriş yoxdursa vitamin "D", kalsium, sonra sinq preparatları, misal üçün sinq-sulfat. Bu artıq vitamin deyil, mikroelementlərdir (Sinq-sulfat, kalsium). Vitamin kimi "C" və "D3", bax bunları istifadə edilə bilər. Bunların əsas məqsədi immuniteti gücləndirmək, immuniteti dəstəkləmək, bədənin müqavimətini artırmaqdır. Tədqiqatlar göstərir ki, vitamin "D"-si aşağı olan vətəndaşlarda koronavirus infeksiyası daha ağır keçir".

Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar da özündə koronavirus əlamətləri hiss edən insanlara məsləhət verib:

"Dərhal özünü evdə bir otaqda təcrid etməlidir. Mütləq otaq tez-tez havalandırılmalıdır. Həmin şəxs və onunla bəbarər bir evdə yaşayanlar hamısı tibbi maska taxmalıdır. Ev şəraitində müalicə üçün bu barədə sahə həkimlərinə protokol verilib. Xəstə sahə həkimi ilə danışana qədər bol maye içməlidir. Hətta sidiyin rəngi açıq rəngə boyanana qədər maye qəbul edilməlidir. Eyni zamanda "C" vitamini içməlidir, həb formasında ola bilər. Sinq tərkibli preparatların qəbul olunması tövsiyə olunur. Tənəffüs yolu ilə yayılan bir infeksiya olduğuna görə həmin şəxsin qablarında da o viruslar qala bilər. Qab-qacaq doğru şəkildə yuyulursa ayırmağa ehtiyac yoxdur".


Baxış sayı: 2136 | Tarix: 24.06.2020
Bizi Telegramda izləyin: @repostaz