Bir neçə gün əvvəl Sobsan boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.
 
RePost.Az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
 
“Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”.
 
İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyətli qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyünün təmizlənməsi işləri həyata keçirilir. Çirkab təbəqə FHN-in Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.


Baxış sayı: 2497 | Tarix: 09.07.2020
Bizi Telegramda izləyin: @repostaz