Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir.

 

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən RePost.Az-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyi Axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmalarının xahiş edir.

 

Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini  hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

 

Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan keçidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal  hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır. 


Baxış sayı: 2497 | Tarix: 29.01.2017
Bizi Telegramda izləyin: @repostaz