Ermənistanda daha 38 nəfərdə koronavirus aşkarlanıb.
 
RePost.Az-ın məlumatına görə, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
 
Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 701-ə yüksəlib.
 
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 824-ə çatıb. İndiyədək 34 655 nəfər infeksiyadan sağalıb.
 
Hazırda Ermənistanda 5 978 aktiv koronavirus xəstəsi var.

Baxış sayı: 3219 | Tarix: 17.08.2020
Bizi Telegramda izləyin: @repostaz