Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

RePost.Az xəbər verir ki, həmin toyda iştirak edən digər vəzifəli şəxslər də cəzalandırılıb.

Eyni zamanda Millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə hər biri 400 manat cərimələnib.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.


Baxış sayı: 2497 | Tarix: 23.08.2020
Bizi Telegramda izləyin: @repostaz