"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.
 
Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.
 
Bu barədə Müdafiə Nazirliyi açıqlama bildirib.
 
"Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir", - deyə xəbərdə bildirilir.
 

Baxış sayı: 2326 | Tarix: 14.10.2020
Bizi Telegramda izləyin: @repostaz