Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
 
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən  RePost.Az-a  verilən məlumata görə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib

Baxış sayı: 2497 | Tarix: 16.10.2020
Bizi Telegramda izləyin: @repostaz