Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
 
Bu barədə RePost.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Məlumata əsasən, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Baxış sayı: 2611 | Tarix: 17.10.2020
Bizi Telegramda izləyin: @repostaz