Bakıda iki sərnişin avtobusu toqquşub.
 
RePost.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 178 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayanacaqda dayanıb. Arxadan yüksək sürətlə hərəkət edən 40 nömrəli avtobus ona çırpılıb.
 
Hadisə nəticəsində 40 nömrəli avtobusda olan 4 nəfər xəsarət alıb. Onlardan üç nəfəri ambulator yardım alaraq evə göndərilib. 44 yaşlı Teymurova Gülpəri isə ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 02.02.2017
Bizi Telegramda izləyin: @repostaz