Dünyaca məşhur “Mothercare” brendinin Azərbaycandakı mağazalarında müştərilər aldadılır. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Nasa Dadaşova adlı mağazanın müştərilərindən biri yazıb. Belə ki, “Mothercare Azerbaijan”da 50 faiz endirim olduğunu görən N.Dadaşova alış-veriş etmək qərarına gəlib. “Aldığım mal 50 faiz endirimdə idi. Ən üstdəki etiketdə 32.20 AZN-ə olan mal endirimlə 16.10 AZN-ə təklif edilirdi. Etiketi evdə qopardıqda altındakı qiyməti gördüm. Deməli aldığım malın qiyməti 24.00 AZN olub. 30 fazi endirimlə 16.80 AZN təklif edilirmiş”, - deyə xanım Dadaşova qeyd edib.
 
Müştərinin qeydlərindən belə məlum olur ki, məşhur brendin Azərbaycandakı mağazası malın 30 faiz endirimlə də alınmadığını görüb süni şəkildə qiyməti şişirdərək 50 faizlik saxta endirimlə müştərilərə satmağa çalışır.  
 
RePost.Az
 

Baxış sayı: 2782 | Tarix: 02.02.2017
Bizi Telegramda izləyin: @repostaz