“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.
 
RePost.Az-ın xəbərinə görə Bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.
 
“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.

Baxış sayı: 2155 | Tarix: 29.10.2020
Bizi Telegramda izləyin: @repostaz