Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub. 
 
RePost.Az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də bildirib.
 
O qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Raket xoşbəxtlikdən partlamayıb”. 

Baxış sayı: 2231 | Tarix: 30.10.2020
Bizi Telegramda izləyin: @repostaz