Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb: "Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək".

Baxış sayı: 2117 | Tarix: 31.10.2020
Bizi Telegramda izləyin: @repostaz