“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq”.
 
RePost.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O bildirib ki, Azərbaycan 30 ildir işğal olunmuş ərazilərindən ayrı qalıb: “İnşallah indi işğal altında olan torpaqlarına qovuşacaqlar”.
 
Ərdoğan əlavə edib ki, zalımlar və xainlər bizə nifrət edə bilər: “Bir əsrdir, vicdansızlıqla həyata keçirdikləri ədalətsiz siyasətlərini pozduqlarımız bizə nifrət edərlər”.

Baxış sayı: 2193 | Tarix: 07.11.2020
Bizi Telegramda izləyin: @repostaz