Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
 
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən RePost.Az-a verilən məlumata görə, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür.
 
“Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır”, - məlumatda qeyd edilir.
 
Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Baxış sayı: 3276 | Tarix: 27.11.2020
Bizi Telegramda izləyin: @repostaz