Bakıda piyada keçidində meyit tapılıb.

RePost.Az Lent.az-a  istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Mikayıl Useynov küçəsindən bulvara keçən piyada keçidindən 40-45 yaşlı kişi meyiti tapılıb. Həmin şəxsin hansı şəraitdə vəfat etdiyi məlum deyil.
 
O da bildirilir ki, keçiddə meyitin olduğu barədə polisə sakinlər məlumat verib. Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 2535 | Tarix: 06.02.2017
Bizi Telegramda izləyin: @repostaz