Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik.
 
RePost.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
 
E.Rüstəmovun sözlərinə görə, belə söhbətlər cəfəngiyyatdır. Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi:
 
"Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub"
 
 
 

Baxış sayı: 2136 | Tarix: 23.12.2020
Bizi Telegramda izləyin: @repostaz