Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.
 
RePost.Az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb. 
 
34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən heç-heçə sayəsində də birinci olacaqdı. 
 
Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub. O, həmçinin ABŞ-da keçiriləcək Çempionlar Turunun vəsiqə qazanıb.
Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. 


Baxış sayı: 3086 | Tarix: 04.01.2021
Bizi Telegramda izləyin: @repostaz