Bu gün 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpəmiz Zəhra Quliyevanın doğum tarixidir.
 
Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.
 
2017-ci il, iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilmişdi.
 
Körpə Zəhranın vəhşicəsinə qətli ermənilərin xalqımıza qarşı terrorçu siyasətinin ən qanlı nümunələrindən biridir. 
 
Zəhranın həlak olduğu ərazi Azərbaycan Ordusunun zabiti Seymur Həbibullahov tərəfindən abadlaşdırılaraq park salınıb.

Baxış sayı: 3542 | Tarix: 13.02.2021
Bizi Telegramda izləyin: @repostaz