Ağstafda bıçaqlanma hadisəsi baş verib.
 
RePost.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1997-ci il təvəllüdlü Abbasov İmran qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Naməlum şəraitdə bıçaqlanan xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.


RePost.Az

Baxış sayı: 3998 | Tarix: 14.02.2021
Bizi Telegramda izləyin: @repostaz