Azərbaycan şahmatçısı Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsindəki qazancı bəlli olub.
 
RePost.Az-ın məlumatına görə, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyən 34 yaşlı qrossmeyster 8 500 ABŞ dolları qazanıb.
 
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 000 dollar əldə edib. İkinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar götürüb.
 
Teymur Rəcəbov Çempionlar Turunun "Airthings Masters" adlı II mərhələsinin qalibi kimi 60 000 dollar, "Skilling Open" adlı I mərhələsində 6-cı yeri tutduğu üçün isə 5 000 dollar qazanıb.

Baxış sayı: 3219 | Tarix: 15.02.2021
Bizi Telegramda izləyin: @repostaz