Amerikalıların 55 faizi Trampın fəaliyyətindən narazıdır.

 

RePost.Az apa-ya istinadən bildirir ki, bunu "Gallup" İctimai Araşdirma İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərib.

 

Rəy sorğusunda iştirak edənlərin 40%-i yeni prezidentin fəaliyyətini dəstəkləyib, 55%-i isə Trampın fəaliyyətindən narazı qaldıqlarını bildiriblər.

 

Qeyd olunur ki, sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. "Gallup" İnstitutunun gündəlik sorğularında 1 500 ABŞ vətəndaşı iştirak edir.


Baxış sayı: 3371 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz