Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.
 
RePost.Az xəbər verir ki, "Whoscored" 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.
 
Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.
 
Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.
 
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.
 

Baxış sayı: 3371 | Tarix: 25.03.2021
Bizi Telegramda izləyin: @repostaz