Məşhur aparıcı Günay Yelmarqızı koronavirusa yoluxub.
 
RePost.Az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib:
 
"Bir sabah "Verdiyiniz testin nəticəsi POZITIVDIR" mesajı ilə yuxudan oyanırsan. Və anlayırsan ki, Covid-19 adlı bəla sayəsində sən de iki həftəlik "azadlıqdan məhrumsan". Günəşə pəncərədən baxanda anlayırsan ki, dünyanın ən qiymətli neməti sağlamlıqdır. Təmiz yaz havasını ciyərlərinə çəkmək üçün qət edə biləcəyin ən uzaq məsafə balkon olanda anlayırsan ki, dünyanın ən gözəl azadlığı da elə sağlamlıqdır. Anlayırsan ki, azadlıq həm də saatlarla ən sevdiyin şəhərin küçələrini dolaşmaqdır. Günəşi görüb sevinməkdir. Yaz havasını doyunca ciyərlərinə çəkməkdir.
Və ən gözəl nemət yaşamaqdır!
 
Bu gün məndən soruşurlar ki, efir gününüz idi axı, niyə görmədik sizi TV-də? Çünki, düz bir ildi özümü qorudum, amma mən də qəfl yaxalandım bu virusa. Siz özünüzü qoruyun!
Sevgilərlə".

Baxış sayı: 3048 | Tarix: 29.03.2021
Bizi Telegramda izləyin: @repostaz