Müğənnilər Sevil və Sevinc bacıları açıqlamaları ilə diqqət çəkib.
 
RePost.Az “axşam.az”a istinadən xəbər verir ki, əkizlər "ATV maqazin onlarla"ya şəxsi həyatları haqda danışıblar. Sevil bildirib ki, gələcək həyat yoldaşından bacısına görə boşanar:
 
"Gələcək həyat yoldaşım bacımı çox istəməsə, ondan boşanaram. Bacıma diqqətsizlik görsəm, ayrılaram. Mənə qarşı necə istəyir olsun, amma bacıma hörmət etməlidir.
 
Biz ailə həyatı qurandan sonra da birlikdə yaşamağı düşünürük. Qarışıqlığı, səs-küyü xoşlayıram. Planımız hazırdır. Böyük ev alacağıq, hamımız bir yerdə yaşayacağıq".

Baxış sayı: 3333 | Tarix: 09.04.2021
Bizi Telegramda izləyin: @repostaz