Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edir.
 
RePost.Az-ın məlumatına görə, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
 
Dövlətimizin başçısı konfransda çıxış edib.
 
Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.
 
Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin "facebook" səhifəsində

(https://www.facebook.com/PresidentIlhamAliyevvə "youtube" kanalında (https://www.youtube.com/presidentazcanlı yayımlanır.

 

 


Baxış sayı: 2858 | Tarix: 13.04.2021
Bizi Telegramda izləyin: @repostaz