Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb.

RePost.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır. 


Baxış sayı: 2934 | Tarix: 16.02.2017
Bizi Telegramda izləyin: @repostaz