Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
 
RePost.Az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Muradovun yerinə Rusiya ordusunun cənub hərbi dairəsinin komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.
 
Avdeyev bu gün Xankəndiyə gələcək və iki həftə ərzində təhvil-təslim işləri görüləcək.

Baxış sayı: 3124 | Tarix: 13.05.2021
Bizi Telegramda izləyin: @repostaz