"Bura "Yeni Bakı" yaşayış kompleksidir. Uşaqlar evdə donur, evlərdə palto, papaq, şərf, əlcək ilə otururuq".

RePost.Az xəbər verir ki, bu barədə "Yeni Bakı" yaşayış kompleksinin sakinləri sosial şəbəkədə məlumat yayıblar. Sakinlərdən biri isə mənzillərə qaz verilməməsinə etiraz əlaməti olaraq eyvanından "Biz donuruq, binaya qaz verin" yazılmış plakat asıb.
 
Sakinlər bildiriblər ki, binanı inşa edən İDF MMC şirkəti bütün sakinlərdən 700 manat sayğac pulu yığıb: "Qazımız yoxdur, işığın və suyun pulunu şirkət özü yıgır. Cana yığılmışıq, bizə kömək edin".
 
Qeyd edək ki, bu günlərdə "Yeni Bakı" sakinlərindən bir qrupu toplaşaraq şəhərcikdə etirazlarını bildirmişdilər. Onlar haqq səslərinin dövlət qurumlarına çatdırılmasını istəyirlər.(yeniavaz.com )

Baxış sayı: 2478 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz