Xalq artisti İlhamə Quliyevanın var-dövlətinin sahibləri açıqlanıb.
 
BAKU.WS xəbər verir ki, bu haqda “Onun sirri” verilişinə qonaq olan əməkdar artist Əli Mirəliyevin qızı məlumat verib. O, Xalq artistinin mirasının ögey bacılarına qaldığını bildirib:
 
“İlhamə xanım rəhmətə gedən gün hər kəs evinə yığışdı. Hamını bir sual düşündürürdü ki, onun var-dövləti, görəsən, kimə qalacaq? Çünki onlar bilmirdilər ki, İlhamə xanımın var dövləti nə qədərdir? Harada nəyi var?
Bizim qohum-əqrəbada maddi cəhətdən sıxıntı çəkən insanlar çoxdur. Özü də dayıma deyirdi ki, “Mənim var-dövlətim kasıblara, uşaq evlərinə qalsın”. Dedim, onun qızıllarından kasıb qohumlara paylayaq. Onun ruhuna dua oxusunlar. Amma buna razı olmadılar. Onlar Firuzə İbadovanın da borcunu vermədilər. Əslində İlhamə xanım ondan pul almamışdı, ailə üzvlərindən biri alıb. Mənə isə onun pişiyi “Markis” və xarici pasportu qaldı. Onun mirasının hamısı ögey bacılarına qismət oldu”.


Baxış sayı: 3447 | Tarix: 20.05.2021
Bizi Telegramda izləyin: @repostaz