Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində 4 nəfər yıxılaraq xəsarət alıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev RePost.Az-a  bildirib ki, xəsarət alanlar qadındırlar.

Onlardan 1-i kəllə beyin və aşağı ətrafların zədəsi ilə Klinik Tibbi Mərkəzə, qalan 3 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.


Baxış sayı: 2991 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz