Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib. 5939 nəfər aktiv xəstə sayını təşkil edib.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub.

Baxış sayı: 2535 | Tarix: 26.05.2021
Bizi Telegramda izləyin: @repostaz