Azərbaycan Televiziyasının (AzTV) yayımı gecədən etibarən müvəqqəti olaraq dayandırılacaq.
 
RePost.Az xəbər verir ki, bu barədə İdman TV-nin "Facebook" səhifəsinə məlumat yerləşdirilib.
 
"Hörmətli tamaşaçılar!
 
HD yayıma keçidlə əlaqədar AzTV, MədəniyyətTV və İdmanTV kanallarının yayımı "AzTV Xəbər"in saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq.
 
Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək",-deyə məlumatda qeyd olunur.

Baxış sayı: 2801 | Tarix: 30.05.2021
Bizi Telegramda izləyin: @repostaz