"28 Mall” Ticarət Mərkəzinin bu gün səhər saatlarından bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.
 
Baku.ws-in məlumatına görə, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, alış-veriş mərkəzinin daxilində elektriklə bağlı problem yaranıb: "Naqillərdə zədələnmə var. Bizim əməkdaşlarımız problemi aradan qaldırmaq üçün ticarət mərkəzinə gedir".
 
Qeyd edək ki, "28 Mall" elektrik enerjisinin verilməsinin dayandırlaması səbəbindən səhər saat 10:00-dan etibarən bağlanıb. 
 
Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.
 

Baxış sayı: 2554 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz