Lamiyə İŞİD-çilər tərəfindən cinsi istismara məruz qalan, bazarlarda satılan, zorlanan minlərlə yezidi kürdü qadınlardan biridir.
 
RePost.Az xəbər verir ki, atası və qardaşları gözləri qarşısında güllələnən Lamiyə terrorçular tərəfindən iki il boyunca döyülüb və zorlanıb. İŞİD terrorçuları tərəfindən qız uşaqlarının yaşlı adamlara satıldığını görən Lamiyəni bomba düzəltməyə məcbur ediblər. Onu bir otağa salaraq kütləvi şəkildə 40 nəfər tərəfindən zorlayıblar.
 
Lamiyə Şimali İraqın yezidi kürdləri yaşayan Koço kəndində yaşayıb. Kəndə hücum edən terrorçular qadınları ayıraraq kişiləri qətlə yetiriblər. Evli qadınlar və kiçik uşaqlar başqa şəhərə, subay və azyaşlı qızlar isə Mosula aparılıb. Terrorçular 9-10 yaşlı qız uşaqlarını zorlayıb, işgəncə veriblər. Lamiyənin bacısını 40 yaşlı bir Səudiyyə Ərəbistanından olan ərəb alıb. Sonra onları Rakkaya aparıb. Üç gün ərzində dayanmadan qızları döyən ərəb Lamiyəni təslim olmadığına görə öldürmək istəyib. 
 
Daha sonra qızları İŞİD qərargahında bir otağa atıblar, 40 nəfər onları zorlayıb. Sonra isə qızlar başqa terrorçulara satılıb. Lamiyəni Mosullu bir terrorçu 100 pounda alıb. Pəncərədən tullanıb qaçan qıza Mosul sakini kömək edib və 3 gün evində gizlədib. Sonra yenidən onu terrorçulara təhvil veriblər. daha sonra Lamiyəni Mosul sakini alıb. Ailəsi isə Lamiyəni kafir hesab etdiyi üçün ona kömək etməyiblər. O, başqa yezidi qızlarla qaçmağa cəhd etsə də, uğursuz olub. Sonradan Lamiyəni hərbi həkimə satıblar. Həkim qızı xəstəxanada işlədib və ona mobil telefon verib. Lamiyə telefonla Kürdüstandakı əmisinə zəng edib. Əmisi qızı xilas etmək üçün bir nəfərə 7.500 dollar pul ödəyib. Gecə saatlarında 3-4 qız yola çıxırlar. Amma səhərə yaxın minaya düşürlər. Qızlardan ikisi həlak olur, Lamiyə isə yaralanır. Kürd hərbçilər tərəfindən xəstəxanaya çatdırılır.
 

Baxış sayı: 3010 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz