Bu gün saat 16:00 radələrində Bakı-Sumqayıt yolunda qəza baş verib. 
 
RePost.Az xəbər verir ki, Bakı istiqamətində hərkət edən "Hyundai AX35” markalı avtomobil aşıb. Hadisə şahidlərindən Elçin Bayraməliyevin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobil qəfildən idarəetməni itirərək yolun kənarındakı baryerə  çırpılıb və aşıb. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Olay zamanı avtomobildə tək olan sürücünün xəsarət almadığı bildirilir.
 
RePost.Az


Baxış sayı: 2839 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz