Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, iyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 28-31 isti, Bakıda gecə 21-23 isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
 
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
 
İyunun 14-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Baxış sayı: 4587 | Tarix: 13.06.2021
Bizi Telegramda izləyin: @repostaz