Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin futbol matçını birgə izləyəcək.
 
RePost.Az xəbər verir ki, səfər proqramına əsasən ölkə liderləri Türkiyə-Uels matçı izləmək üçün Bakı Olimpiya Stadionunda bir araya gələcək.
 
Qeyd edək ki, AVRO-2020 çərçivəsində keçiriləcək qarşılaşma 20:00-da start götürəcək.

Baxış sayı: 3219 | Tarix: 16.06.2021
Bizi Telegramda izləyin: @repostaz