Araz çayında batan şəxsin meyiti tapılıb.
 
Bu barədə RePost.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində aparılan axtarış işləri başa çatıb.
 
Axtarışda olan 1961-ci il təvəllüdlü Cahangirov Tehmir Namaz oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Baxış sayı: 3485 | Tarix: 18.06.2021
Bizi Telegramda izləyin: @repostaz