Qəbələdə intihar hadisəsi baş verib.
 
RePost.Az-ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.
 
Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3295 | Tarix: 20.06.2021
Bizi Telegramda izləyin: @repostaz