Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 460 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
 
RePost.Az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
 
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 398 081, xəstəlikdən ölənlərin sayı isə 5 656 nəfərə çatıb.
 
Koronavirusa yoluxanlardan 370 565 nəfərin sağaldığı bildirilir.

Baxış sayı: 5157 | Tarix: 23.07.2021
Bizi Telegramda izləyin: @repostaz