“Azərbaycan bizə amfibiya (yanğınsöndürən) təyyarəsi göndərəcək”.
 
RePost.Az xəbər verir ki, bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərdən danışarkən bildirib.
 
“Bu gün yanğınların söndürülməsinə cəlb olunan təyyarələrin sayı 5-6-ya çatıb. Ukrayna və Rusiyadan təyyarələr gəlir. Azərbaycan da göndərəcək”, - dövlət başçısı deyib.

Baxış sayı: 1908 | Tarix: 30.07.2021
Bizi Telegramda izləyin: @repostaz