Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.
 
Bildirilib ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:
 
“Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
 
Qeyd edilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.

Baxış sayı: 1490 | Tarix: 31.07.2021
Bizi Telegramda izləyin: @repostaz