Türkiyənin 39 vilayətində 174 yanğından 160-ı nəzarətə alınıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Meşə Baş İdarəsindən 28 iyul-4 avqust tarixlərində baş verən yanğınlarla bağlı yayılan yazılı açıqlamada bildirlib.
 
Bundan başqa, kənd təsərrüfatı sahəsində 98 yanğına müdaxilə edildiyi qeyd olunub.
 
Məlumata görə, hazırda bu yanğınlarda 16 yanğınsöndürən təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), 51 helikopter, bir pilotsuz vertolyot, 850 suçiləyən və su tankeri, 150 inşaat texnikası və təxminən 5250 işçi heyət fəaliyyət göstərir.

Baxış sayı: 3561 | Tarix: 04.08.2021
Bizi Telegramda izləyin: @repostaz